Göyrə oğlu Qara7 Vwis Qq
Göyrə oğlu Qara | |
---|---|
| |
Doğum tarixi |
|
Doğum yeri | Borçalı mahalı |
Vəfat tarixi | 1929 |
Vəfat səbəbi | qətlə yetirilib |
Göyrə oğlu Qara (?, Borçalı mahalı, Qızılhacılı - 1929, Borçalı) — Azərbaycanın xalq qəhrəmanı.
Həyatı[redaktə | əsas redaktə]
Göyrə oğlu Qara 1918-ci ildə Borçalıda erməni-daşnak quldur dəstələrinə qarşı mübarizə aparmışdır. Göyrə oğlu Qara 1918-ci ildə Borçalıya soxulan Andronikin daşnak quldur dəstələrini geri oturtmuşdu. Ermənilər Dürnik kəndi tərəfdən Qızılhacılıya hücum edərkən, Göyrə oğlu Qara onların qabağını saxlamış, düşmən itki verərək, qaçmağa məcbur olmuşdu. Qanlı döyüşlərdən biri tarixə "Bolus döyüşü" adı ilə daxil olan və indiki Bolnisi uğrunda gedən döyüş idi. Qaniçən Andronikin 800 nəfərlik quldur dəstəsi Bolnisiyə hücum etdikdə, Xaçınlı kəndinin erməniləri də onlara qoşulmuşdu. Göyrə oğlu Qara Qızılhacılıdan İsrafil ağanın köməyinə gəlmişdi. Ağ çərkəzi paltarda, ağ atın belində olan Göyrə oğlu Qaranı görəndə, ermənilərin bir hissəsi silahlarını ataraq qaçmışdı. Yel dağı yaxınlığındakı vuruşmada Göyrə oğlu Qaranın dəstəsi Axalkələkdə, Sağamoyda, Boqdanovkada azğınlıq edən erməni dəstəsini darmadağın etmişdi. Lakin bu yerlərdə Sovet hakimiyyəti qurulduqdan sonra, 1928-ci ildə Göyrə oğlu Qara Şulaveri rayon partiya komitəsində məsul vəzifələr tutan ermənilərin əli ilə həbs olunaraq 1929-cu ildə qətlə yetirildi. Göyrə oğlu Qara xalqın yaddaşında Borçalı mahalının Qaçaq Nəbisi kimi qalmış, onun haqqında rəvayətlər, mahnılar qo-şulmuşdu. Mahalın igidləri çətinə düşəndə deyərdilər:
Hardan alaq Cöyrə oğlu Qaranı,
Çəkə xəncərini, kəsə aranı.
Sonralar erməni qisasçılığı öz mənfur işini davam etdirmiş, 1933-cü ildə Cöyrə oğlu Qaranın ailəsi həbs edilib Şimali Qazaxıstanın Akmolinsk vilayətinə sürgün olunmuşdu.
Mənbə[redaktə | əsas redaktə]
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, “Lider nəşriyyat”, 2004, səh.312