Qalxan (geoloji termin)f KmpTdhpwb t U2‐e360t: afo uiI_ing s dp
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
| Qalxan | |
| Elm | Geologiya |
Qalxan (geoloji termin) –ən iri müsbət platforma strukturu; plitəyə qarşı qoyulur. Qədim platformalarda intensiv metamorfizmə uğramış və qranitləşimiş kembriyəqədər yaşlı, cavan platformalarda isə qırışığa məruz qalmış, metamorfik və maqmatik süxurlar yer səthinə çıxır. Qalxan, adətən, qeyri-düzgün yastı qalxıntı formasında olur. Qalxan aktivləşmə mərhələsi ilə yarıqəmələgəlmə, çökəklərin təşəkkülü, qələvi və ultraəsasi həlqəvi intruziyalar əlaqədardır. Qalxan ona qovuşan plitənin platforma örtüyünün altına keçir, lakin bəzi yerlərdə plitələrdən fleksura və yarıqlarla ayrılır. Örtük çökmələrinin toplanması dövründə qalxan qalxma sahələri olub, qısa anlarda dənizlə örtülür. Ona görə də qalxan örtüyünün çökmələri az qalınlıqlı olub qeyri-bərəbər paylanır.
Mənbə[redaktə | əsas redaktə]
Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Iiio tip1nl50!.o7j pX12 89d E1drAaha c Ff YyPet89A 0